Bakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB


Bakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB

Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.

 

Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımı gözə çarpır?

 

Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, iqtisadçı Kənan Quluzadənin sözlərinə görə, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi rayonlarında yeni tikililərdə mənzillərin kvadrat metrinə düşən qiymət xeyli aşağı olub. O qeyd edib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır.

 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55 faiz qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ Şəhər ərazisində olub. Həmçinin, Nardaran-Ləhiş bağlarında, "SeaBreeze"də torpaq 70-100 faiz arasında bahalaşıb.

 

Artım prosesinin davamlı olacağını bildirilir.

 

Ekspert onu da bildirib ki, paytaxtda 150-dən çox binanın qəzalı olması ilə bağlı rəy verilib, bu binalar artıq istismar müddətini bitirib. Lakin hələ də tikinti şirkətləri üçün bazarda müvafiq şərait yaradılmayıb, bu isə o deməkdir ki, qiymətlərdə bahalaşma tendensiyası davam edəcək.

 

Daha ətraflı videomaterialı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Eyyub Brilliantla belə rəqs etdi – VİDEO

Xalq artisti Eyyub Yaqubov 60 illik yubileyini qeyd edib.   Sfera.az xəbər verir ki, bu barədə tanınmış müğənnilər paylaşım edib.   B...

27 yaşlı kişi hündürlükdən yıxılaraq öldü

Gəncə şəhərində 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan bir...

Əli Əsədov Vyetnam baş katibi ilə görüşdü

Baş nazir Əli Əsədov Azərbaycanda dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb.   ...

ABŞ-nin Rusiya ilə bağlı siyasəti dəyişir: "Moskva daha çətin vəziyyətə düşəcək”

Ukrayna silahlı qüvvələri son bir neçə gündür ki, cəbhədə atəşkəs rejiminə əməl edir. Bunun hansı səbəbdən olduğu açıqlanmasa da hərbi mənbələr atəşkəs göstəriş...

"Umico" kredit xətti ilə alış-verişə 50% komissiya endirimi

11 may 2025-ci il tarixinədək "Umico" kredit xətti istifadəçiləri üçün xüsusi kampaniya təqdim olunur.   Kampaniya çərçivəsində kreditlə 24...

Buna hazır olmalıyıq, bizi asan proses gözləmir - Ərdoğan

Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti R...