"Qanunsuz kabel televiziyalarının işinə hüquq-mühafizə orqanları baxacaq"

"Milli Televiziya və Radio Şurası (MTRŞ) Bakıda qanunsuz fəaliyyət göstərən kabel televiziyaları ilə bağlı hüquq-mühafizə və vergi orqanlarına müraciət edib".

Sfera.az xəbər verir ki, bunu Trend-ə MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

N.Cavadov bildirib ki, qanunsuz kabel televiziyaları xüsusən yeni tikilən binalarda fəaliyyət göstərir: "Yeni bina tikiləndə heç bir lisenziya olmadan gəlib qurğular qoyaraq qanunsuz kabel televiziyası yayımı ilə məşğul olurlar".

Onun sözlərinə görə, hazırda Azərbaycanda 30-dan artıq lisenziyası olan kabel və İP televiziyası fəaliyyət göstərir:

"Qanunsuz fəaliyyət göstərən kabel televiziyalarının sayı isə çoxdur. Bunu dəqiq müəyyən etmək çox çətin məsələdir və hər binada bunları aşkara çıxarmaq olmur. Biz qanuni fəaliyyət göstərən kabel və İP televiziyalarının siyahısını hüquq-mühafizə və vergi orqanlarına təqdim etmişik. Artıq onlar bu siyahı əsasında hansı televiziyaların qanuni fəaliyyət göstərdiyini bilirlər və qanunsuz kabel televiziyaları ilə bağlı özləri tədbirlər görürlər".

N.Cavadov vətəndaşların da diqqətli olmasının vacibliyini bildirib: "Vətəndaşlar bu kabel televiziya kanallarına qoşulan zaman onların qanuni olub-olmadığı ilə maraqlanmalıdırlar. Bu, həm vətəndaşlar üçün, həm də dövlət üçün faydalıdır".


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...