Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, ölkə ərazisində təxminən 60-dan çox sel və daşqın təhlükəsi olan çay mövcuddur.

 


Bu kimi təbii hadisələr əsasən yaz-yay aylarında müşahidə olunur.
 

Hacıqabul rayonunda yağan intensiv yağışlar nəticəsində Udullu kəndi, Muğan qəsəbəsi və digər ərazilərdə həyətyanı sahələrin müvəqqəti subasması qeydə alınıb. Bununla bağlı ADSEA-nın nümayəndələri tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilib. Ərazilərə cəlb olunmuş maşın-mexanizmlər və işçi qüvvəsi vasitəsilə fəsadlar operativ şəkildə aradan qaldırılıb.

 

Çaylarda məcratənzimləmə işləri aparılıb, bəndlər möhkəmləndirilib və sahilbərkitmə tədbirləri görülüb.
 

Sel hadisəsinə dair vəziyyətin operativ qiymətləndirilməsi məqsədilə Regional Su Meliorasiya Xidmətinin rəhbəri gecə saatlarında əraziyə baxış keçirib. Udullu kəndindəki süni göldə su səviyyəsinin yüksəlməsi səbəbilə yaxınlıqdakı yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri, yol infrastrukturu və digər obyektlərdə subasma təhlükəsinin qarşısını almaq üçün zəruri tədbirlər görülüb. Ciddi təhlükə qeydə alınmayıb.
 

İsmayıllı rayonu ərazisindən keçən çaylarda da qısa müddətli sel suları müşahidə olunub, lakin ciddi fəsad baş verməyib. Hazırda da qabaqlayıcı tədbirlər davam etdirilir.
 

 


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...