DTX-nin təqsirli bildiyi şəxslərin Suriya ilə nə əlaqələri olub?

DTX-nin təqsirli bildiyi şəxslərin Suriya ilə nə əlaqələri olub?

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işinin məhkəmə prosesi keçirilib.

 

Sfera.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

 

Məlum olub ki, təqsirləndirilən şəxslərin tanışları - Şükür Həmidli və Elşən Mustafayev əvvəlcə Türkiyəyə, oradan isə Suriyaya gedərək, yerli hakimiyyətə qarşı aparılan döyüşlərdə iştirak ediblər. İstintaqla müəyyən edilib ki, təqsirləndirilənlər onlara yardım etmək məqsədilə öz şəxsi vəsaitlərindən və sosial şəbəkələrdə topladıqları məbləğdən Şükür Həmidlinin göstərişi ilə xarici ölkədəki tanışlarına və digərlərinin hesablarına ABŞ dolları şəklində pul köçürüblər. Bununla yanaşı, Xəqani Ömərovun Suriyada yaşayan kürəkəni "Elşən Abu Usama" ləqəbli Elşən Mustafayevə də müxtəlif vaxtlarda pul köçürmələri edilib. Həmin gəlirin bir hissəsi Suriyada Şükür Həmidliyə, digər qismi isə qeyrilərinə çatıb. Dolayı yolla bu pulların hər iki şəxsin üzvü olduğu digər silahlı qruplaşmanın hesabına köçürüldüyü iddia olunur.

 

Prosesdə Anar Salamzadə ifadə verərək bildirib ki, Şükür Həmidli onun sinif yoldaşı, dostu olub və Suriyaya köçüb. Onun xahişi ilə təqsirləndirilən ona yardım edib: "Şükür Həmidli Suriyaya köçdükdən 3 ay sonra mənə yazaraq ibadətə başlamağıma sevindiyini söylədi. Mənə bildirdi ki, ailə qurub və hazırda Suriya hökumət qüvvələrinə qarşı savaşır. Lakin maddi dəstəyə ehtiyacı var. Daha sonra mənə videolar göndərərək vəziyyətin acınacaqlı olduğunu və çadır, yemək kimi gündəlik ehtiyaclar üçün pul lazım olduğunu bildirdi. Onlara ərzaq yardımı etmək üçün pul göndərdim. Mənim göndərdiyim pulla silah alınmayıb. İttihamda adı keçən Elşən Mustafayevi və digərlərini isə ümumiyyətlə tanımıram. İŞİD-lə də əlaqəmiz olmayıb. Bildiyim qədəri ilə Həmid Şükürlü digər silahlı qruplaşmanın tərkibində iştirak edib. Onun da İŞİD-lə əlaqəsi olmayıb. Mən Şəkidə çalışıram, 500-600 manat maaş alıram. Terror təşkilatı olduğunu düşünsəydim, yardım etməzdim. Saxlanıldıqdan bir müddət sonra həmin qruplaşmanın İŞİD-lə əlaqəli olduğunu bilmişəm".

 

Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o, yalnız Suriyaya deyil, Şəkiyə, Türkiyəyə və Rusiyaya da yardım məqsədilə pul göndərib. İttihamda adı keçən şəxsləri isə tanımır. Onlara pul göndərməyi Şükür Həmidli istəyib. Döyüşlə bağlı videoları da Şükür maraq üçün göndərib.

 

Xəqani Ömərov isə ifadəsində bildirib ki, Elşən Mustafayev onun yeznəsidir: "Elşən Mustafayev mənim bacımın həyat yoldaşıdır. Bacım öncədən Elxanla evli olub. Onlar 2013-cü ildə Suriyaya köçüblər. Bu yaxınlarda bacım Elşənlə evlənib. Elşən məndən xahiş etdi ki, bacıma yardım üçün kart lazımdır, ona bank kartı verim. Mən də kartımı verdim və pul köçürmələri başlandı. Ona kimlərin pul göndərdiyini bilmirəm. Ümumiyyətlə, Suriyaya heç bir pul köçürməsi etməmişəm. Onlar Suriyadakı evlərini satıb Sumqayıtda ev alacaqdılar. Demişdi ki, bacımı Azərbaycana göndərmək istəyirdilər. Mən sadəcə 30 min pulun yığılması zamanı dəstək olmuşam. Terrora dəstəklə bağlı məlumatım olmayıb".

 

Növbəti proses mayın 27-də davam etdiriləcək.

 

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...