Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi rayonlarında yeni tikililərdə mənzillərin 1 kvadrat metrinin orta qiymətləri 1600-2100 manat arası dəyişirdisə, 2025-ci ildə bu rəqəm 2300-5000 manat olub.

 

Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımları gözə çarpır?

 

Sfera.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır:

 

“Paytaxtda sərbəst torpaq sahələrinin azalması yeni layihələrin reallaşdırılmasını çətinləşdirir. Xüsusilə mərkəzi və prestijli rayonlarda bu məhdudiyyət daha çox hiss olunur. Eyni zamanda paytaxt əhalisinin artması, regionlardan köç axınının güclənməsi və xarici vətəndaşların daşınmaz əmlaka marağı tələbatın yüksəlməsinə səbəb olub. Rusiya, Orta Asiya və Yaxın Şərqdən gələnlərin aktiv iştirakı bu prosesdə mühüm rol oynayır. Tikinti materiallarının – sement, armatur, bitum və sair beynəlxalq bazarlarda bahalaşması da qiymət artımının səbəblərindən biridir”.

 

İqtisadçı bildirib ki, son illərdə Azərbaycanda daşınmaz əmlak sahəsi sərfəli investisiya aləti kimi qəbul edilir:

 

“Əhalinin böyük hissəsi pulunu mənzilə yatıraraq onu dəyər itkisindən qorumağa çalışır. Bu isə bazarda əlavə tələb formalaşdırır və qiymətləri artırır. Dövlətin ipoteka proqramlarını genişləndirməsi ilə daha çox insan mənzil ala bilir. Bu da bazara yeni alıcıların daxil olmasına şərait yaradır. Paralel olaraq, Bakı turizm potensialına görə, həm də qonaqlar üçün cəlbedici şəhərdir. “Airbnb” və digər gündəlik kirayə xidmətlərinə marağın artması bəzi rayonlarda mənzil qiymətlərinə təzyiqi artırıb. Mərkəzi rayonlarda bu amil xüsusilə nəzərə çarpacaq”.

 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55 faiz qiymət artımı qeydə alınıb:

 

“Ən yüksək artım Ağ Şəhər ərazisində olub. Həmçinin, Nardaran-Ləhiş bağlarında, “SeaBreeze”də torpaq qiymətləri 70-100 faiz arasında bahalaşıb”.


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...