Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK? - AÇIQLAMA

Son zamanlar bir sıra ölkələrdə sosial rifah məqsədilə pensiya yaşında olan vətəndaşlara dəstək tədbirləri gücləndirilib. Rusiya, Türkiyə və Gürcüstanda pensiyaçılara yönəlik atılan bu addımlar çərçivəsində onların kommunal xidmətlər üzrə yaranmış borclarının müəyyən faizi dövlət büdcəsi hesabına ödənməyə başlanılıb. Bu təcrübə xüsusilə aşağı gəlirli yaşlı insanların sosial yükünün azaldılması baxımından müsbət qarşılanır.
Bəs görəsən, Azərbaycanda da oxşar bir sosial dəstək mexanizminin tətbiqi mümkün ola bilərmi?
Sfera.az bildirir ki, məsələ ilə bağlı iqtisadçı Elçin Rəşidov News24.az-a açıqlamasında bildirib ki, kommunal borcların bir hissəsinin dövlət tərəfindən ödənilməsi iqtisadi cəhətdən səmərəli və davamlı həll yolu hesab edilə bilməz:
"Əgər problem pensiyaçıların gəlir səviyyəsinin aşağı olmasıdırsa, bu zaman əsas diqqət pensiya məbləğlərinin artırılmasına yönəldilməlidir. Qeyd edilən təcrübə, yəni pensiyaçıların kommunal borclarının bir hissəsinin dövlət tərəfindən ödənilməsi iqtisadi baxımdan ağlabatan bir yanaşma deyil. Əgər pensiyalar aşağıdırsa, bunu göstərmək və pensiya məbləğlərini artırmaq lazımdır. Əgər pensiyaçıya kommunal xərcin əvəzinə vəsait verilsə, o, bu pulu daha düzgün və ehtiyacına uyğun şəkildə xərcləyə bilər".
Ekspert onu da qeyd edir ki, kommunal xərclərdə edilən güzəştlər insanlarda istehlak davranışlarını mənfi yöndə dəyişə bilər. Belə hallarda vətəndaşlar resurslardan qənaətlə yox, daha məsrəfli şəkildə istifadə etməyə başlayırlar:
“Kommunal xidmətlərdə edilən güzəştlər insanlarda istifadə davranışını korlayır və israfa səbəb olur. Vətəndaş həmin pulu özü alsa, bəlkə də kommunal ödənişlərdən əlavə, başqa zəruri tələbatlarını qarşılayacaq. Ona görə də birbaşa dəstək daha səmərəlidir".
Elçin Rəşidov əlavə edir ki, mövcud sistemdə hər kəsə eyni səviyyədə dəstək göstərmək əvəzinə, ehtiyacı olan, gəlirləri aşağı səviyyədə olan pensiyaçıları fərqləndirmək və onlara hədəflənmiş yardım göstərmək daha məqsədəuyğun olardı: