Oleq Bakinski həbsdən buraxıldı - FOTO

Oleq Bakinski həbsdən buraxıldı - FOTO

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin (Oleq Bakinski) ev dustaqlığına buraxılıb.

 

Sfera.az məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəqiqələrdə növbədənkənar keçirilən iclasda belə qərar qəbul edib. 

 

Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətini müvəkkilinin ürəyindəki xəstəliyinin şiddətlənməsi ilə əsaslandırıb. Prokuror da vəsatətə etiraz etməyib.

 

Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə tərkibi vəsatəti əsaslı hesab edib.

 

Qərara əsasən, Oleq Bakinski barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Oleq Krapivin ötən ilin avqustunda Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Oleq Bakinski həmvətəni Kuçer Konstantin Antonoviçlə birgə mühakimə edilib. Ukraynalı Oleq Bakinski 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), Kuçer Konstantin Antonoviç isə eyni Məcəllənin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) və 221.3-cü (221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham edilirdi.  (Qafqazinfo)

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə et...

Ələkbər həmin qətldən DANIŞDI: Rəşadı onlara görə bağışlayıb - VİDEO

"Baku" TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi meyxana ustası Ələkbər Yasamallının evində olub.   ...

Yəmən yanır: İsrail və ABŞ Husilərin hədəflərinə güclü hava zərbələri endiriblər - FOTO

ABŞ aviasiyası Sanada husilərin hədəflərinə zərbələr endirib.   Sfera.az bildirir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi İsrailin ABŞ ilə birlikdə Yəmənə hü...