Yeni təyin edilən nazir kimdir? - DOSYE

Yeni təyin edilən nazir kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təyin olunub.

 

Sfera.az xəbər verir ki, Kazım Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə başa vurub.

 

Ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında "Menecment və strateji idarəetmə" ixtisası üzrə alıb. 2012-ci ildən etibarən əmək fəaliyyətinə başlayıb.

 

Əmək fəaliyyəti dövründə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb - aparıcı məsləhətçi, sektor müdiri və şöbə müdiri olub.

 

2024-cü ildə dövlət xidmətindəki səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR