Ər-arvad arasında bağışlanan mülk necə bölünür? - AÇIQLAMA

Ər-arvad arasında bağışlanan mülk necə bölünür? - AÇIQLAMA

Ailələrdə boşanmadan sonra yaranan ən böyük problemlemlərdən biri əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırılan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır.

 

Bu məsələdə əsas məqamlardan biri də evlilik müddətində bağışlanan hədiyyələrin tərəflər arasında bölünüb-bölünməməsidir. 

 

Maraqlıdır ki, müxtəlif səbəbdən yolları ayrılan ər-arvad arasında bağışlanan mülk necə bölüşdürülür?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan vəkil Turan Abdullazadə artıq hədiyyələrin ər-arvad arasında bölündüyünü deyib.

 

 

Onun sözlərinə görə, əvvəllər ər-arvad arasında birinin digərinə bağışladığı hədiyyə ümumi əmlaka daxil edilmirdi. Beləliklə, boşanma zamanı da tərəflər arasında bölünmürdü. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarı ilə ər-arvaddan birinə bağışlanmır əmlak boşanma zamanı tərəflər arasında bölünə bilər. 

 

Vəkil nəzərə çatdırıb ki,  bağışlanma zamanı bağışlayanın ortaya qoyduğu niyyət, yəni həqiqi əqli ifadəsi nəzərə alınmalıdır:

 

“Bu isə işin konkret hallarından asılı olaraq müəyyən olunmalıdır. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun və ya qızının doğum günündə verdiyi hədiyyənnin məhz övladına bağışlanma edilməsi ağılabatan kimi görünür. İllərlə birgə mehriban ailə kimi yaşamış uşaqların doğulması ilə ailə bağları daha da möhkəmlənmiş oğlu və qızı ilə yanaşı, gəlini və kürəkənini öz övladı kimi qəbul etmiş qayınata və qayınananın mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi hədiyyə isə bütövlükdə ailəyə bağışlanmış hesab oluna və boşanma zamanı tərəflər arasında bölünə bilər. Birinci halda məhkəmə tərəfindən bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər”. 

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR