Dünən kartlardan nə qədər pul oğurlanıb?

Cəmiyyət
10:33 / 06.05.2025
2177
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 5-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 2999, 1950, 1040, 1000, 1000, 1000, 999, 744, 713, 560, 498, 347, 43 manat və 90 avro pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu kimi məxfi məlumatları tanımadıqları şəxslərə verməməyə çağırıb.