Bu gün Bakıda hava necə olacaq?

Bu gün Bakıda hava necə olacaq?
Kateqoriya məlum deyil
T

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq, şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR