Prezidentdən məmurla bağlı gözlənilən MÜHÜM SƏRƏNCAM

Prezidentdən məmurla bağlı gözlənilən MÜHÜM SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

BiG.AZ xəbər verir ki, sərəncama əsasən, 2017-ci ilin noyabrında kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərmiş Kərim Kərimovun anadan olmasının 100 illiyi qeyd ediləcək.

Kosmik fəzanın tədqiqi işinə mühüm töhfələr vermiş Kərim Kərimovun 100 illiyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasına Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birlikdə görkəmli alim və hərbi xadimin yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR