Cəlilabadda yağışdan sonra qədim yaşayış yeri tapıldı - FOTO

Cəlilabadda yağışdan sonra qədim yaşayış yeri tapıldı - FOTO

Cəlilabad rayonunda qədim yaşayış məskəni aşkarlanıb.

 

Sfera.az xəbər verir ki, bir neçə gün bundan öncə yağan leysan nəticəsində rayonun Uzuntəpə kəndində, kanal boyu ərazidə sürüşmə baş verib. Sürüşmədən sonra tarixi faktlar üzə çıxıb.

 

Tarixçi, araşdırmaçı Ələsgər Mirzəzadənin sözlərinə görə, üzə çıxan yaşayış məskəni təxmini 4-5 hektar ərazini əhatə edir:

 

"Nümunələrə baxanda hiss olunur ki, abidə çoxtəbəqəlidir. Çünki vaxtilə həmin ərazidən kanal çəkilib. Kanal 3-4 metr dərinlikdə qazılıb. Mədəni təbəqələr dağılıb və qarışıb. Sürüşən də kanal boyu tökülən torpaqlardır. Bunların içərisində tunc-dəmir dövrünün, orta əsrlər dövrünün artefaktları daha çoxluq təşkil edir. Əlbəttə bu mənim fikrimdir.

 

Əlavə araşdırmalar aparılarsa, daha dəqiq söz demək olar. Ərazidə gildən hazırlanmış keramika nümunələri (qırılmış halda), müxtəlif formalı və müxtəlif tipli küp və kuzələrin sınıqları, tikili qalıqları (gil kərpiclər), şlak - ərinti (tərkibində metalın ərintisi var), ocaq izləri, müxtəlif saxsı qabların sınıqları (fiqurlu, dar boğazlı dolça, qazan, boşqab və s.) aşkarlanıb".

 

Ə.Mirzəzadə qeyd edib ki, qədim yaşayış məskəni ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunub. (Report)


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...