Məzahir Pənahovun oğlu müəllimi də döyübmüş - DETALLAR

Məzahir Pənahovun oğlu müəllimi də döyübmüş - DETALLAR

Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun gəlini əri Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını açıqlayıb. 

 

Sfera.az  Teleqraf-a istinadən xəbər verir ki, Məhəmməd Pənahovun adı əvvəllər də bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətində hallanıbmış.

 

O, 2010-cu ildə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti”nin baş müəllimi, əməkdar müəllim Oleq Mirzəyevə qarşı zorakılıq edib.

 

O.Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pənahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq M.Pənahov üzr istəmək əvəzinə, onun boğazından tutaraq xəsarət yetirib. Müəllim aidiyyəti üzrə 22-ci bölməyə müraciət edib

 

Xatırladaq  ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb. H. Pənahova iddia edir ki, əri sonradan içki aludəçisinə çevrilib. Şiddətə məruz qaldığı insidentlərdən biri zamanı bətnindəki övladını itirib. 

 

H.Pənahovanın boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhəmməd Pənahov vəkili vasitəsilə boşanmaq istəmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini istəyib. Amma məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib. Tərəflər arasında başqa bir çəkişmə qadına məxsus qızıl-zinət əşyaları və bahalı geyimlərlə bağlıdır. 300 min manatdan çox qiyməti olan əşyalarla bağlı həllini tapmadığı üçün ailənin keçmiş gəlini yenidən məhkəməyə üz tutacaq.  


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...