"28 May" metrostansiyası bağlanır?


"28 May" metrostansiyası bağlanır?

"Metrodakı təmir-tikinti işləri ilə bağlı 28 may metrosunun bağlanacağı düşünülür. Lakin belə bir hal yoxdur".

 

Sfera.az xəbər verir ki, bunu mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

 

O qeyd edib ki, 28 May stansiyası daxilində infrastruktur yenilənmələri həyata keçiriləcək.

 

“Bakı Metropoliteni təkcə nəqliyyat vasitəsi deyil, həm də şəhərin mədəni və tarixi simvoludur. 1967-ci ildə istifadəyə verilən metro, Bakı sakinlərinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Metronun tikintisi zamanı qarşılaşılan çətinliklərə baxmayaraq, Bakı Metropoliteni sürətlə inkişaf edib. Məsələn, "Nizami" stansiyasının tikintisi dörd il çəkmiş və bu müddət ərzində ciddi geoloji problemlərlə üzləşib. Metronun memarlıq üslubu da diqqətəlayiqdir. Stansiyaların bəzilərində Azərbaycan milli motivləri ilə bəzədilmiş interyerlər mövcuddur ki, bu da metronu sadəcə nəqliyyat vasitəsi deyil, həm də mədəniyyət mərkəzinə çevirir”.

 

Bəxtiyar Məmmədov Bakı Metropoliteni ilə bağlı son statistik məlumatları da açıqlayıb:

 

“Bu gün Bakı Metropoliteni 40.7 km uzunluğunda üç xətt və 27 stansiyadan ibarətdir. Gündəlik sərnişin sayı təxminən 627,279 nəfərdir.

 

Metronun inkişafı və genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2030-cu ilə qədər 53 yeni stansiyanın tikintisi planlaşdırılır”.


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...