İlqar Mustafayevin həbs müddəti xeyli artırıldı


İlqar Mustafayevin həbs müddəti xeyli artırıldı

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 8 aylıq ilkin araşdırma müddəti yetərli olmayıb.

 

Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimat verib.

 

Təqdimatda əlavə sübutların toplanması üçün istintaq orqanına kifayət qədər vaxt verilməsi, təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması xahiş edilib.

 

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən, İ.Mustafayevin həbsdə saxlama müddəti 5 ay artırılıb. 

 

Bu müddət ərzində prokurorluq istintaqı yekunlaşdırmalıdır. Əks halda əlavə vaxt üçün baş prokuror və ya birinci müavini məhkəməyə müraciət etməlidir.

 

Qeyd edək ki, İlqar Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.

 


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...