Konstitusiya Məhkəməsinin hakimi medianın rolundan danışdı

Cəmiyyət
11:21 / 02.05.2025
2686
“Bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması cəmiyyətin hüquqi maariflənməsi və konstitusiya dəyərlərinin qorunması istiqamətinə diqqəti daha da artırır”.
Sfera.az xəbər verir ki, bunu təşkil edilən “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev deyib.
Onun sözlərinə görə, bu kontekstdə media vasitəsilə hüquqi informasiyanın cəmiyyətə dolğun, şəffaf və düzgün şəkildə ötürülməsi, vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Firuzə Əliyeva