"Mediada milli-mənəvi dəyərlər nəzərə alınmalıdır" - Ombudsman

“Son illər rəqəmsal texnologiyalara sürətli keçid, media mühitinin müasirləşməsi və bu qəbildən olan digər innovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır”.
Sfera.az xəbər verir ki, bunu təşkil edilən “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, bu transformasiya fonunda bəzi ciddi risklər də meydana çıxa bilər:
“Onlar sırasında dezinformasiya, nifrət nitqi, şəxsi həyatın toxunulmazlığına müdaxilə, rəqəmsal təqib, kiberzorakılıq, təhsildən yayındırma, zərərli sahələrə meyillik, aqressiv davranışlara səbəb olma halları ilə bağlı risklər xüsusi ilə qeyd olunmalıdır”.
S.Əliyeva qeyd edib ki, bu səbəbdən media sahəsində fəaliyyət həm hüquqi, həm də etik çərçivələrlə tənzimlənməli, milli-mənəvi dəyərlər nəzərə alınmalı və ən əsası, bu fəaliyyətin həyata keçirilməsi insan hüquqlarına hörmət və riayət edilməsi prinsipləri ilə uzlaşdırılmalıdır.
Firuzə Əliyeva