Logo

Azərbaycanda zəhərlənmələr daha çox nədən və necə olur? - VİDEO

Azərbaycanda zəhərlənmələr daha çox nədən və necə olur? - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən ay 4 nəfər zəhərlənmədən ölüb.

Sfera.az xəbər verir ki, aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib. Xəstələrdən 68 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 1-i spirtli içkidən, 6-sı ilan sancmasından zəhərlənən şəxslərdir.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, həmçinin onlardan 4 nəfər dəm qazından, 5 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 1 nəfər anafilaktik şok, 1 nəfər yandırıcı məhluldan, 1 nəfər neft məhlulundan, 1 nəfər isə yabanı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.

Azər Maqsudov yaz-yay aylanrında açıq havada gəzərkən xüsusilə ehtiyatlı olmağı tövsiyyə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR