Konstitusiya Məhkəməsindən yeni qərar - Bu şəxslərin cəzası hesablanmayacaq

Konstitusiya Məhkəməsindən yeni qərar - Bu şəxslərin cəzası hesablanmayacaq

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.

 

Məhkəmənin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

 

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib.

 

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsindən kənar qaydada xarici dövlətin məhkəməsinin hökmünün tanınması və təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən xarici dövlətin məhkəməsinin hökmü ilə çəkdiyi cəzanın ona təyin ediləcək cəza müddətinə hesablanması yolverilməzdir.

 

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

 


OXŞAR XƏBƏRLƏR

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...

Ukraynada oğurlanan azərbaycanlı iş adamı ilə bağlı YENİ XƏBƏR

Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.   Sfera.az "...