Qaradağda narkotik əməliyyatı: 41 yaşlı kişi ələ keçdi - VİDEO


Qaradağda narkotik əməliyyatı: 41 yaşlı kişi ələ keçdi - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davam etdirilir.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Qaradağ rayonunda keçirilən növbəti əməliyyat zamanı 41 yaşlı Qubad Məmmədov tutulub. Onun narkotiklərin qanunsuz dövriyyəsi zamanı istifadə etdiyi gizli saxlanc yerindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 3 kiloqram 300 qram psixotop maddə metamfetamin aşkarlanıb.

 

Q.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 


OXŞAR XƏBƏRLƏR

Türkiyənin kurort bölgəsində zəlzələ olub

Türkiyənin Antalya vilayətində zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ...

"Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi"

Müğənni İradə İbrahimova bir neçə gün əvvəl Türkiyədə 6,2 bal gücündə olan zəlzələdən danışıb.   Sfera.az xəbər verir ki, "Xəzər axşamı&quo...

Bu çörək zavodunda nöqsanlar aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən fiziki şəxs Qasımova T...

Azər Qasımovun xanımı da işdən çıxdı

Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb.   Sfera.az Demokrat.az-a istinadən xəbə...

Emin Musəvi qızının şəklini paylaşıb bu sözləri yazdı - FOTO

Aparıcı,"ASAN Radio"nun direktoru Emin Müsəvi qızı Zemfira ilə fotosunu paylaşıb. O, sosial şəbəkədə yayımladığı şəklinə "Mən və Zemfira - 29....

Konstitusiya Məhkəməsindən yeni qərar - Bu şəxslərin cəzası hesablanmayacaq

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.   Məhkəmənin mətbuat xidmətindən Sfera.az-a bildirilib k...