“Azəristiliktəchizat” ASC-nin sədri təyin olunan İlham Mirzəliyev KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin olunub
Sfera.az İlham Mirzəliyevin dosyesini təqdim edir:
Mirzəliyev İlham Ata oğlu 1960-cı ildə anadan olub. İxtisasca iqtisadçı-mühəndisdir.
O, 1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini vəzifələrində çalışıb.
2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini vəzifəsini tutub.
2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavinidir.
O, bu təyinata qədər Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edirdi.
İlham Mirzəliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.
İqtisad üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 2 övladı var.