Sülhməramlımız təltif edilidi


Sülhməramlımız təltif edilidi

Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına (UNMISS) daxil olan azərbaycanlı zabit təltif edilib.

 

Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi müşahidəçi qismində xidmət edən mayor Mehman Həmdiyə oğlu Qaragözov missiyada xidməti vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə görə UNMISS-in Təhlükəsizlik Qüvvələrinin komandanı general-leytenant Mohan Subramanian tərəfindən medal və fəxri fərmanla təltif edilib.

 

M.Qaragözova uzunmüddətli patrul üzvlərinin münaqişə zonasından şəxsi təhlükəsizliyini nəzərə almadan, böyük cəsarət və şücaət nümayiş etdirərək uğurla çıxarılmasını təmin etdiyinə, bununla da nümunəvi sədaqət göstərdiyinə görə sertifikat təqdim olunub.

 

Qeyd edək ki, 2018-ci il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.


OXŞAR XƏBƏRLƏR

Sosial yardım adı altında dələduzluq - Diqqətli olun!

“Feysbuk sosial şəbəkəsində “Azərbaycan Sosial Yardım 2025” adlı saxta profil altında guya 3399 manat ünvanlı sosial yardım almağa kömək göstə...

Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başladı

Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiya nəticələrinə əsa...

Prezident təsdiqlədi: Satışı qadağan edildi

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin...

Füzuliyə xüsusi icazə almadan gedə bilərsiniz

1 may 2025-ci il, Bakı – 2025-ci il 1 may tarixindən etibarən Azərbaycan Hava Yolları (AZAL) tərəfindən Bakı–Füzuli–Bakı marşrutu üzrə həyata ...

Bakının bu əraziləri plana düşür

Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb.   Sfe...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə mayın 9-dan 11-dək əlav...