Xocalı soyqırımında 210 itkin şəxs qeydə alındı

Xocalı soyqırımında 210 itkin şəxs qeydə alındı

Bu günə olan məlumata əsasən, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 210 nəfər qeydiyyata alınıb.

 

Sfera.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

 

O bildirib ki, Əsgəran-Xocalı yolunda aşkarlanan meyit qalıqları ilə laboratoriyada eyniləşdirmə işləri aparılacaq:

 

Bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb. Onların 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıda aşkarlanan 18 nəfərdən 10-nun meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınaraq sənədləşdirilir".


OXŞAR XƏBƏRLƏR

Elxan Cəfərova vəzifə verildi

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kino Agentliyinə müşavir təyinatı olub.   Sfera.az xəbər verir ki, müvafiq əmr ilə ...

İlkinin qaynanası ilə rəqsi gündəm oldu - VİDEO

Aparıcı və aktyor İlkin Həsəninin videosu marağa səbəb olub.   Sfera.az xəbər verir ki, o, influenser həyat yoldaşı Aysel və qaynanası ilə birgə...

"Unibank" və AYİB tərəfdaşlığı: KOB-lara 10 milyon dollarlıq dəstək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank Kommersiya Bankı” ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Yerli valyutada təqdim...

“Telegram”dan YENİLİK: Funksiyasını genişləndirdi

"Telegram" messencerinin bu dəfəki yeniləməsindən sonra istifadəçilər artıq nəşrləri kanallardan yönləndirmək və hekayələr yaratmaq, birgə çat yaratma...

Səfir Bakıda xanımı ilə səmimi foto paylaşdı

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun xanımını öpdüyü şəkli maraqla qarşılanıb.   Sfera.az xəbər verir ki, P.Mixalko bu fotonu öz...

Qaradağda narkotik əməliyyatı: 41 yaşlı kişi ələ keçdi - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasil...