Bu şəxslər 1000 manat cərimə olunacaq

Bu şəxslər 1000 manat cərimə olunacaq

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

 

Sfera.az xəbər verir ki, dəyişikliyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manata qədər cərimə ediləcək.

 

Eyni zamanda, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirir.

 

Bundan başqa, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir.

 

İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir.

 

Bildirilib ki, icra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edir. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödənilir.

 

İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə edilir.

 

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Sələmçini öldürən hərbçinin cəzası ağırlaşdırıldı

Bakı Apellyasiya Məhkəməsində Bakıda sələmə pul verən şəxsi öldürməkdə təqsirləndirilən hərbi qulluqçu Elvin Əsədovun barəsindəki hökmdən verilən apellyasiya pr...

Nəfəsin 5 il öncəki halı görənləri TƏƏCCÜBLƏNDİRDİ – FOTO

Müğənni Nəfəsin 5 il öncə lentə alınan fotoları yenidən sosial mediada yayılıb.   Sfera.az xəbər verir ki, müxtəlif əməliyyatlar etdirən müğənni...

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Qusar rayonunun Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ...

ÇL-də "ən yaxşı" adına namizəd onlardır

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.   Sfera.az xəbər verir ki, bunlar Fransanın PSJ klubundan Vitinya ...

Məsciddə namaz qılarkən bıçaqlandı - FOTO

Türkiyədə Siraç Ö. adlı şəxs Mardinin Kızıltəpə rayonunda məsciddə namaz qılarkən bıçaqlı hücum nəticəsində yaralanıb.   Mardinin Kızıltəpə rayonu Ye...

Xocalı soyqırımında 210 itkin şəxs qeydə alındı

Bu günə olan məlumata əsasən, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 210 nəfər qeydiyyat...