Qazaxın azad olunan 4 kəndi ilə bağlı bu işlərə başlanıldı

Qazaxın azad olunan 4 kəndi ilə bağlı bu işlərə başlanıldı

Qazax rayonunun işğaldan azad edilən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.

 

Sfera.az  xəbər verir ki, bu barədə Report-a Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.

 

Həmin kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.


OXŞAR XƏBƏRLƏR