Logo

Misir Mərdanovun qardaşı haqda xəbər

Misir Mərdanovun qardaşı haqda xəbər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib.

Sfera.az xəbər verir ki, Trend-in məlumatına görə, İ.Mərdanovun fotosu və haqqında məlumat nazirliyin rəsmi saytından çıxarılıb. İ.Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Xatırladaq ki, bundan öncə Aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR