Bakının bu ərazilərində evlər bahalaşacaq – SƏRFƏLİ YATIRIM İMKANI
Bakı Metropoliteninin yeni stansiyalarının işə düşməsi paytaxtın ayrı-ayrı ərazilərində daşınmaz əmlakın da
qiymətinə təsir edəcək. Fins.az-ın məlumatına görə, iyun ayında fəaliyyətə başlaması gözlənilən «Avtovağzal»
metrostansiyasının açılması bu ətrafda, eləcə də əraziyə yaxın yerlərdə əmlakları bahalaşdıracaq.
«MBA Group» konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov fins.az-a bildirib ki, «Avtovağzal» metro stansiyasının
istifadəyə verilməsi ətraf ərazilərdə və Xırdalan, Sulutəpə istiqamətində mənzilləri bahalaşdıracaq.
Nüsrət İbrahimovun Fins.az-a verdiyi məlumata görə, yeni stansiyanın işə dşməsindən sonra Bakı Beynəlxalq
Avtovağzalı ətrafındakı ərazilərdə və Xırdalan, Sulutəpə istiqamətindəki evlərin qiymətlərində 5-7% artım olacaq.
Bu ərazilərdə yerləşən kommersiya obyektləri isə stansiyanın işə düşməsi ilə 3-4% bahalaşacaq.
Amma ən böyük artım torpaq sahələrində baş verəcək. Belə ki, N.İbrahimovun sözlərinə görə, «Avtovağzal» stansiyanın
işə düşməsi ətraf ərazilərdə torpaqların qiymətini 10-12% yüksəldəcək.
Ekspert bildirir ki, hazırda həmin ərazilərdə ev və torpaq sahəsi almaq alıcılar üçün sərfəli yatırım ola bilər.






