Bu qurumlar maşınlarını satır

Ağdam Rayon İcra Hakimiyyətinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks" Birliyinin, Azərbaycan Dillər Universiteti PHŞ-nin, 1 nömrəli Bakı Tibb Kolleci" PHŞ və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Zuğulba" İqamətgahının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hərracda toplam 12 nəqliyyat vasitəsi satışa qoyulacaq.
Sözügedən nəqliyyat vasitələrinin buraxılış illəri 1991-ci ildən 2013-cü ilə qədər dəyişir.
Start qiymətləri isə 1 200 manatdan 22 000 manata qədər dəyişən müxtəlif məbləğlərlə təklif olunur.
Hərrac iyunun 11-i saat 10:00-da keçiriləcək.
Qeyd edək ki, hərracda iştirak etmək üçün əvvəlcədən 10 faiz beh tələb olunur.