Doğum ayınız taleyinizə təsir edir - NUMEROLOGİYA

Doğum ayınız taleyinizə təsir edir - NUMEROLOGİYA

Hər ruh yer üzünə gəlməzdən əvvəl hansı ailədə doğulacağını özü seçir. Bu seçim, karmanın, inkişafın və sevginin kodlarını özündə daşıyır. Numerologiyaya görə doğulduğun ay da bu kodlardan biridir və sən yalnız doğulmaqla kifayətlənməyib, ailənə dərs və şəfa da gətirirsən. 

 

Sfera.az Türkiyə mediyasına istinadən xəbər verir ki, ayın ruhsal missiyalarını bunlardır:

 

Yanvar ayında doğulanlar:
Liderlik, məsuliyyət və uzunmüddətli düşünmə missiyası ilə dünyaya gəlmisən. Uşaqlıqdan ailənin yükünü çəkməyə başlamısan, məqsədin ailəyə sistem və sərhəd öyrətməkdir.

 

Fevral ayında doğulanlar:
Sevgi, şəfqət və hisslərin ilə ailəyə ruhsal bağlantı gətirirsən. Susqun müşahidəçisən, amma ailənin gizli ağrılarını hiss edib şəfa verə bilirsən.

 

Mart ayında doğulanlar:
İfadə azadlığı və daxili yüngüllük enerjisini ailənə gətirirsən. Danışıla bilməyənləri üzə çıxarır, sənət və sözlərlə şəfa yaradırsan.

 

Aprel ayında doğulanlar:
Ailə içində sərhədləri sındırmaq, hərəkət və oyanış yaratmaq üçün gəlmisən. Rahatlıq zonasını dağıdaraq yeni başlanğıcların yolunu açırsan.

 

May ayında doğulanlar:
Həyatın mənəvi gözəlliklərini xatırlatmaq və tarazlığı bərpa etmək missiyan var. Ailən sabitliklə xaos arasında qalanda sən onların iç huzurunu tapmasına yardım edirsən.

 

İyun ayında doğulanlar:
Ailənin parçalanmış rollarını bir araya gətirirsən. Ailə içi əlaqələri möhkəmləndirir, məsuliyyət və sevgi ilə onları birləşdirirsən.

 

İyul ayında doğulanlar:
Gizli xatirələri üzə çıxarırsan. Ailənin unudulmuş ağrılarını şəfalandırmaq üçün gəlmisən, xüsusilə də anana həyat gücünü xatırladırsan.

 

Avqust ayında doğulanlar:
Ailəyə güc və bolluq şüurunu gətirirsən. Əgər ailədə güc balanssızdırsa, sən bu tarazlığı sevgi ilə qurmağa gəlmisən.

 

Sentyabr ayında doğulanlar:
Karma dövrlərini sonlandırmaq və ailə yüklərini təmizləmək missiyasını daşıyırsan. Bağışlama və dərin mənəviyyatı ailəyə xatırladırsan.

 

Oktyabr ayında doğulanlar:
Yeni başlanğıclar və daxili güzgü təsiri ilə ailəni dəyişirsən. Ədalət, gözəllik və harmoniya gətirirsən.

 

Noyabr ayında doğulanlar:
Transformasiya və reallığı üzə çıxarmaq üçün doğulmusan. Ailən səni anlamaqda çətinlik çəkə bilər, amma sən həmişə doğru olanı göstərirsən.

 

Dekabr ayında doğulanlar:
Ruhsal tamamlanma, ümid və geniş baxış bucağı ilə ailəyə gələcək üçün yeni baxış gətirirsən. Çox vaxt ailədən uzaqda olsan da, onların ruhunu yüksəldirsən.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...