Logo

Ürəyindən güllələnən əsgərimiz dəfn olundu - FOTOLAR

Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ölən əsgərin əmisi Xanəlinin ölümünün səbəbinin istintaqın sonunda məlum olacağını deyir.

Ötən gün Tovuz rayonunun Əlibəyli kəndində yerləşən N saylı hərbi hissədə dünyasını dəyişən əsgər Xanəli Fəttayev bu gün torpağa tapşırıldı.
Sfera.az xəbər verir ki, o, yaşadığı Bakının Binə qəsəbəsinin qəbiristanlığında dəfn olundu. Əvvəlcə qəbiristanlığın girişində cənazə namazı qılındı. Sonra ailə üzvlərinin, qəsəbə sakinlərinin və hərbçilərin iştirakı ilə dəfn mərasim baş tutdu.

Mərhumun əmisi istiPress-ə deyib ki, Müdafiə Nazirliyinin bəyanatı bir qədər tələsik olub. O bildirib ki, istintaqın davam etdiyi bir vaxtda belə qəti fikrin bildirilməsi çox tezdir. 

Ötən gün sosial şəbəkələrdə 2016-cı ilin oktyabrında hərbi xidmətə çağrılan əsgər Xanəli Fəttayevin şəhid olması ilə bağlı xəbərlər yer alıb. Bu gün isə Müdafiə Nazirliyi bəyanat yayaraq əsgərin intihar etdiyini deyib.

Xanəli Fəttayev 1998-ci il sentyabrın 16-da Lerik rayonunun Mulalan kəndində doğulub. O 5 bacının tək qardaşı idi. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR