Sosial eksperiment çəkiliş heyətinə baha başa gəldi.
"Xəzər” TV-də yayımlanan "Diqqətli ol” verilişi daha bir sosial eksperiment keçirib.
Növbəti dəfə keçirilən eksperiment çəkiliş heyətinə baha başa gəlib. Eksperimentə görə küçədə zorakılığa məruz qalan qadına insanların necə münasibət göstərəcəyi sınaqdan keçirilib. Bir oğlanın küçənin ortasında qadına əl qaldırması ətrafdakı insanları qəzəbləndirib.
Çoxları buna sərt münasibət göstərib və oğlana yaxınlaşaraq tənqid edib. Bəziləri hətta qadını müdafiə etmək üçün oğlana hücum çəkib. Hücuma məruz qalan "Xəzər” TV-nin əməkdaşı bunun bir sosial eksperiment olduğunu deyərək güclə canını qurtara bilib.
Verilişdən sözügedən kadrları təqdim edirik:
mənbə: baku.ws
"Xəzər" TV-nin əməkdaşını döydülər - VİDEO
Kateqoriya məlum deyil






