Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, Abdulla Əliyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

 

Cinayət işi hakim Aygün Qurbanovanın icraatına verilib.

 

Bu gün məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib.

 

Hazırlıq iclası mayın 12-də davam etdiriləcək.

 

Qeyd edək ki, Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

 

Məlumata görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

İttihama görə, Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.

 

O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb.

 

Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.


OXŞAR XƏBƏRLƏR

Pakistan Hindistana xəbərdarlıq etdi

Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda Yeni Dehlini Pakistanın hava məkanına müdaxilə etməməsi barədə xəbərdarlıq edib. ...

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...