Səhiyyə Nazirliyi: "Siqaretlərin vitrinlərdə görünməsi qadağan edilməlidir"

Səhiyyə Nazirliyi:

Azərbaycanda pərakəndə ticarət obyektləri və satış məntəqələrində tütün məmulatlarının görünməsi və hər hansı təsvirinin verilməsi qadağan edilməlidir.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdir müavini Tofiq Musayev "Azərbaycanda tütünlə mübarizə qanunvericilyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, satış obyektlərində tütün məmulatlarının görünməsinin özü elə onların reklamı hesab oluna bilər: "Bu, siqaret çəkməyən insanlarda belə onlara qarşı maraq yarada bilər. Siqaret vitrini tütünçəkməni təbliğ edir. Buna görə də Rusiyada olduğu kimi, Azərbaycanda da tütünlə mübarizə üzrə qanunvericiliyə siqaretlərin vitrinlərdə görünməsinin qadağan edilməsi məsələsi daxil edilməlidir".

O qeyd edib ki, Azərbaycanda siqaretin müəyyən olunmuş qapalı yerlərdə çəkilməsinə görə cərimələr müəyyən olunub. Lakin bu cərimələrin tətbiqi mexanizmi olmalıdır.

T.Musayev əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında ötən il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alıb: "Halbuki, qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5% düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8 %-i növbəti il siqaret çəkməyə başlaya bilər".


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...