Nazir onu qərargah rəisi təyin etdi- FOTO

Cəmiyyət
16:37 / 26.04.2025
3097
Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.
Sfera.az Manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, polkovnik İntiqam Axundlu həmin xidmətin qərargah rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, xidmətin əvvəlki rəisi, general-leytenant Etibar İsmayılov bir müddət öncə təqaüdə göndərilib. Hazırda onu müvəqqəti olaraq FHN-in Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov əvəz edirdi.