Əhalinin batmış kapitalını kim kompensasiya edəcək? - AÇIQLAMA


Əhalinin batmış kapitalını kim kompensasiya edəcək? - AÇIQLAMA

Hesablama Palatasının apardığı audit nəticəsində məlum olub ki, Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 117 milyon manatdan artıq məcburi sosial sığorta vəsaiti vətəndaşların fərdi hesablarında əks olunmayıb.

 

Sfera.az xəbər verir ki, 2006-2016-cı illəri əhatə edən dövrdə bu uyğunsuzluğun əsas səbəbləri sığortaçıların təqdim etdiyi B3 formalarında sosial sığorta nömrələrinin göstərilməməsi və ya ümumiyyətlə bu hesabatların təqdim edilməməsi olub. 2017-ci ildən sonrakı mərhələdə isə əsas problem sığorta hesabatlarının tamamilə təqdim edilməməsidir.

 

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, yeni hesabat sisteminə keçid zamanı bəzi şirkətlər sosial müdafiə fonduna edilən ödənişləri əməkdaşların fərdi hesablarında düzgün şəkildə qeyd etməyiblər. Onun sözlərinə görə, bu yanaşma gələcəkdə həmin vətəndaşların 117 milyon manat dəyərində pensiya hüququndan məhrum olması ilə nəticələnə bilər.

 

Xalid Kərimli eyni zamanda qeyd edib ki, bəzi şirkətlərin işçiləri VÖEN əsasında qeyri-rəsmi şəkildə işlətdiyi hallar qanun pozuntusu sayılır.

 

Hüquqşünas Hikmət Əliyevin fikrincə isə bu üsulla şirkətlər əmək münasibətlərini rəsmiləşdirmədən gizlətməyə çalışırlar.

 

"Əgər şəxs müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, birbaşa öz adından fəaliyyət göstərirsə, belə olan halda əmək müqaviləsi bağlamağa ehtiyac olmur. Lakin fəaliyyətə işçi cəlb olunarsa, mütləq həmin işçi ilə əmək müqaviləsi bağlanmalıdır. Birinci halda şəxsin fəaliyyəti rəsmiləşdirilir və vergiləri o özü ödəyir.Lakin VÖEN ilə işlədikdə vəziyyət fərqli olur. Bu halda ödəmələr daha aşağı həddə olur. Bu da gələcəkdə pensiya məbləğinin ciddi şəkildə az olması deməkdir". 

 

Məsələ ilə bağlı ƏƏSMN-dən bildirildi ki, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətləri onların sığorta stajına daxildir. Yəni, bu onların pensiya məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınır. Hesablarına köçürülməmiş pensiya kapitalının bərpası üçün şəxslər çalışdıqları şirkətə və ya məhkəməyə müraciət etməlidirlər. Milli.az


OXŞAR XƏBƏRLƏR

Hər bölümdən milyonlar qazanacaq - 7 ildən sonra

Türkiyəli aktyor Kənan İmirzalıoğlu uzun aradan sonra seriala çəkilməyə hazırlaşır.   Sfera.az xəbər verir ki, aktyor hələlik adı açıqlanmayan ekran ...

Cüdoçumuz AÇ-də gümüş medal qazandı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.   Sfera.az xəbər veri...

Niyə Koreyalıların əksəriyyətinin soyadları Kim, Park və ya Lidir?

Koreya kinolarında və ya xəbərlərində eyni soyadları təkrar-təkrar eşitmək bir müddət sonra diqqətinizi çəkmiş ola bilər. Kim, Lee və Park soyadları o qədər tez...

Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika ...

Taksi sürücüsü itkin düşən qızları gizlədibmiş -YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində iki qız 10 gündür itkin düşmüşdü.   Sfera.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Hüseynova ...

Papa XII Piusun dəfni necə anormal bir faciəyə çevrildi?

Tarix səhifələrində qorxu və ikrahın Papa XII Piusun ölümündən sonrakı səyahətində olduğu kimi kəskin şəkildə bir-birinə qarışdığı hekayələr azdır. Onun 1958-ci...