Misir Şahquliyev məsuliyyətdən azad edildi


Misir Şahquliyev məsuliyyətdən azad edildi

Nüfuz alverində ittiham edilən vəkil Misir Şahquliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

 

Şahquliyevin vəkili Kamandar Nəsibov bildirib ki, məhkəmə araşdırmasının sonunda müvəkkilinin əməli tövsif edilib. Maddə dəyişdiyindən cinayət təqibinə xitam verilib. Misir Şahquliyev cinayət məsuliyyətindən azad edilib.

 

Qeyd edək ki, M.Şahquliyev prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi. İddia olunurdu ki, təqsirləndirilən şəxslərdən birinin müdafiəçisi qismində iştirak edən Misir Şahquliyev öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına təsir etmək imkanının olmasını bildirib, müvəkkilinə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul alıb.

 

Vəkil barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. 


OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...