İnsulin almaq üçün aptekə getdi, elə orada da vəfat etdi - VİDEO

Cəmiyyət
22:23 / 24.04.2025
2155
Aptekə dərman almağa gedən qadın hadisə yerində vəfat edib.
Sfera.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Qara Qarayev prospektində yerləşən apteklərin birində baş verib.
Məlum olub ki, ürəktutmasından vəfat edən qadın 64 yaşlı Zenfira Məmmədova şəkər və təyziqdən əziyyət çəkirmiş, mütəmadi olaraq müalicə alırmış.
Hadisə baş verdikdən dərhal sonra ünvana polis və prokurorluq orqanları gəlib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə ilə bağlı ölüm qeydə alındığından təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinə müraciət qeydə alınmayıb.
Hazırda faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə: