Papanın dəfnində Azərbaycandan o iştirak edəcək

Papanın dəfnində Azərbaycandan o iştirak edəcək
Kateqoriya məlum deyil
T

Milli Məclisin sədri Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

 

Sfera.az-ın əldə etdiyi xəbərə görə, aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın Roma şəhərinə səfər edəcək.

 

Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

 

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib.

 

Firuzə Əliyeva
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR