“Nürnberq məhkəməsi”nin növbəti iclası: 15 erməni yenidən HAKİM QARŞISINDA

“Nürnberq məhkəməsi”nin növbəti iclası: 15 erməni yenidən HAKİM QARŞISINDA

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

 

Sfera.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

 

Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

 

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.


Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


OXŞAR XƏBƏRLƏR

Dünənki zəlzələdə Özbəkistan vətəndaşı ölüb

İstanbulda baş verən zəlzələ zamanı Özbəkistan vətəndaşı vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Özbəkistanın İstanbuldakı Baş konsulluğu mə...

Rusiyada da güclü zəlzələ oldu

Rusiyanın Saxalin vilayətinin Severo-Kurilsk şəhərinin sahillərində 5 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə eqalert.ru ...

Hərbçilərimiz “KURTARAN-2025” təlimlərində iştirak edəcək

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri ...

Prezidentin İnstaqram hesabında Çin səfəri ilə bağlı paylaşım - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesabında Çinə səfəri ilə bağlı paylaşım edilib.   Sfera.az paylaşımı təqdim edir:   ...

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə gətirildi

“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Hi...

Qaynanası ilə yola getməyən 4 bürc - Daima münaqişə edirlər

Astroloqların fikrincə, bəzi bürclərin nümayəndələri qaynana ilə münasibətlərdə daha çox çətinlik yaşayırlar. Bunun əsas səbəbi isə onların xarakterik xüsusiyyə...