"Kontakt Home" adı ilə dələduzluq edilir

"Kontakt Home" adı ilə dələduzluq edilir

“Kontakt Home” mağazalar şəbəkəsinin adından dələduzluq edilir.

 

Sfera.az xəbər verir ki, "Kontakt Home" mağazalar şəbəkəsinin rəsmi veb saytına bənzər şəkildə saxta internet səhifəsi yaradılıb.

 

Fırıldaqçılar endirim adı ilə cəlbedici məhsullar təqdim edir, istifadəçilərdən sifariş və ödəniş alaraq daha sonra heç bir məhsul göndərmirlər.

 

Zərərçəkmişlər isə bu saxta sayta etibar edərək bank kartı məlumatlarını paylaşır və maddi zərərə uğrayırlar.

 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev araşdırma aparıldığını deyib.

 

Saytın əsli: //kontakt.az

Saxta: //Kantakt-home.com

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR