Bakıda obyekt yanır

Cəmiyyət
10:35 / 24.04.2025
1561
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Sfera.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.