Afaq Bəşirqızı ilə Almaz Ələsgərova arasında nə baş verib?


Afaq Bəşirqızı ilə Almaz Ələsgərova arasında nə baş verib?

Akademik Musiqili Teatrında qalmaqal yaşandığı iddia olunur.

 

Sfera.az xəbər verir ki, hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib.

 

Qalmaqal isə Xalq artisti Afaq Bəşirqızı ilə teatrın aktrisası, müğənni Almaz Ələsgərova arasında yaşanıb. Buna səbəb isə A. Ələsgərovanın saqqız çeynəməsi olub.

 

A. Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan “bu qələti edən kimdir?” - deyə, iştirakçılara səslənib. Bu zaman A. Ələsgərova “qələti sən özün edirsən”, - cavabını verib.

 

Qeyd edilir ki, bundan sonra Bəşirqızı ilə Ələsgərova arasında gərginlik yaşanıb. Qalmaqal yalnız nazir A. Kərimlinin teatra girişindən sonra səngiyib.

 

Sayt məsələ ilə bağlı Afaq Bəşirqızı ilə əlaqə saxlayıb. Xalq artisti açıqlamasında “Onu deyən qələt edir. Almaz hara, mən hara?!”, - deməklə kifayətlənib.


OXŞAR XƏBƏRLƏR

Şimpanzelər "barda" spirtli içki qəbul edərkən lentə alınıb: Özlərini insan kimi aparırlar

Qvineya-Bisaudakı Cantanes Milli Parkında çox gülməli hadisə qeydə alınıb. Belə ki, vəhşi şimpanzelər içki masasında görülüblər.   Tədqiqatçılar "...

Ürək və öpüş emojiləri cinsi qısnama hesab olunur - Məhkəmə cərimə yazdı

Hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib. Adı açıqlanmayan şəxs cinsi qısnama törətdiyinə görə cərimələnib.   Sfera.az bildirir ki, 69 yaşlı H....

Qədim heykəllərin başsız olmasının maraqlı səbəbləri - FOTO

Muzeyləri gəzəndə görürsən ki, o möhtəşəm heykəllərin əksəriyyətinin başları yoxdur. Əksəriyyətimiz bunun müharibələr və ya təbii fəlakətlərlə əlaqəli olduğunu ...

Bəzi insanların qulağında nazik xətt nəyin göstəricisidir?

Hər bir insan ayrı bir dünyadır. Bədənlərimiz bir-birindən fərqli izlər daşıyır. Barmaqlarımız, gözümüz, ayağımız, qulağımız... Məsələn, bəzi insanların qulaqla...

Hacı Məmmədovun 105 illiyi qeyd olunacaq

Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti Hacı Məmmədovun 105 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.   Sfera.az x...

Evlərin qiymətləri ucuzlaşacaq – SƏBƏB

“Yaxın gələcəkdə əmlak bazarındakı satış qiymətlərində enmələr qaçılmaz olacaq”.   Sfera.az xəbər verir ki, bu sözləri Baku TV-yə əmlak e...