Uçuş zamanı bu DƏRMANLARI qəbul etmək olmaz

Uçuş zamanı bu DƏRMANLARI qəbul etmək olmaz

Stress və ya ağrı səbəbindən qəbul edilən bir çox dərman xoşagəlməz simptomlara səbəb ola bilər.

 

Sfera.az təyyarədə qəbul edilməməli olan dərmanları təqdim edir:
 

Uçuşdan əvvəl və ya uçuş zamanı, hətta qorxu və ya stress səbəbilə olsa da, bəzi dərmanları qəbul etmək tövsiyə edilmir.

 

Qeyd olunur ki, doktor Ormond anesteziologiya və invaziv ağrı müalicəsi üzrə ikiqat sertifikata malikdir və bu səbəbdən səyyahlara peşəkar tibbi tövsiyələr verə bilər. O, uçuş zamanı uzaq durulmalı olan yeddi dərmanın siyahısını hazırlayıb.


"Bir ağrı mütəxəssisi olaraq, mən hər zaman dərmanların şüurlu şəkildə qəbul edilməsinin vacibliyini vurğulayıram, xüsusilə uçuş zamanı. Uçuşlar dərmanların bədənə təsirini dəyişə bilər və bəzi dərmanlar yüksək hündürlükdə ciddi problemlərə səbəb ola bilər", – Ormond bildirib.


Həkim əlavə edib ki, xroniki ağrıları və ya digər xəstəlikləri olan şəxslər mütləq səyahət etməzdən əvvəl qəbul etdikləri dərmanlar barədə həkimlə məsləhətləşməlidirlər.

 

Uçuş zamanı nədən uzaq durmaq lazımdır?
 

Qan durulaşdırıcı dərmanlar
 

Həkim bu dərmanların xüsusilə uzunmüddətli uçuşlar zamanı ehtiyatla istifadə edilməsini tövsiyə edir. O, bunu belə izah edir: oturaq vəziyyət damar daxilində laxtalanma riskini artırır və hətta kiçik zədələr belə güclü qanaxmaya səbəb ola bilər. Ormond uzun uçuşlar zamanı hər saat ayağa qalxıb bir az gəzməyi, həmçinin kompressiv corablardan istifadə etməyi tövsiyə edir. (Lent.az)
 


OXŞAR XƏBƏRLƏR

Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz t...

Gəncədə axtarışda olan şəxs polisə silahlı müqavimət göstərdi

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa...

“Baza” Teleqram kanalının baş redaktoru barədə qərar verildi

Rusiyada “Baza” Teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qərarı verilib.   Sfera.az xəbər verir ki, bu barədə R...

Buzovnada dənizdə bir nəfər batdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər batıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) &...

Zelenski Kiyevdə İsrail XİN başçısını qəbul edib

Kiyevə ilk səfərini edən İsrailin xarici işlər naziri Gideon Saar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu ba...

Bakının mərkəzində qanunsuz tikilən bu evlər sökülür - FOTOLAR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimano...