"Dövlət qulluğunun müsahibə mərhələsində dəyişiklik edilsin" - TƏKLİF

Cəmiyyət
12:27 / 22.04.2025
3002
“Dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində də, ehtiyat kadrların təyinatı məsələsində də çatışmazlıqlar var".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
F.Mustafa bildirib ki, müsabiqədə yüksək nəticə əldə edən şəxslər müsahibədə müqaviləli işçilərə uduzur:
“Ömrünü dövlət qulluğuna hazırlaşmağa həsr edən Azərbaycan gənci bu səddi aşa bilmir. Ehtiyat kadrların təyinatı məsələsində 2 illik müddət bir daha gözdən keçirilməlidir. DİM-ə səlahiyyət verilsin ki, harada vakansiya varsa, gənclər həmin vəzifələrə göndərilsin”.
Firuzə Əliyeva