Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib

Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib
Kateqoriya məlum deyil
T

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

 

Sfera.az-ın məlumatına görə, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.

 

Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR