Azərbaycanda hava yenidən pisləşəcək: Daşqın və sel...

Azərbaycanda hava yenidən pisləşəcək: Daşqın və sel...

Ölkə ərazisində hava şəraiti yenidən pisləşəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Məlumata görə, aprelin 20-22-də əsasən gecə və axşam saatlarında bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
 

Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
 

Şərq küləyi aprelin 20-də bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, əsasən dağ çaylarından, xüsusən də, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


OXŞAR XƏBƏRLƏR