Ölkəmiz boşanmalara görə ilk üçlükdədir? - VİDEO

Cəmiyyət
22:50 / 20.04.2025
1080
Sosial şəbəkələrdə Azərbaycanın boşanmaların sayına görə Avropada üçündü yerdə olduğuna dair məlumatlar paylaşılıb.
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib ki, yayılan görüntülər 2024-cü ilin məlumatını əks etdirmir.
Sosioloqların fikrincə, boşanmaların artması cəmiyyətdə xəstəlik halını alıb. Səbəblər arasında nümayiş etdirilən serialların da rolunun olduğu bildirilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci il yanvar-fevral aylarında Azərbaycanda 7 741 nikah, 3 414 boşanma halı qeydə alınıb.
Sfera.az Baku TV-yə istinadən süjeti təqdim edir: