Şərurlu İsfəndiyardan oğlu ilə bağlı açıqlama

Cəmiyyət
22:35 / 20.04.2025
1180
Şərurlu İsfəndiyar ləqəbi ilə tanınan iş adamı, Şərur MTK-nın sahibi İsfəndiyar Axundov oğlu Şahin Axundovun saxlanılması xəbəri ilə bağlı növbəti dəfə açıqlama verib.
O, "Unikal"a zəng edərək bildirib ki, oğlu Şahin Axundov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılmayıb:
"Oğlumun bəzi psixoloji problemləri var. Müxtəlif vaxtlarda müalicə etdirmişəm. Hər kəs xəstələnə və ya həbs edilə bilər.
Buna baxmayaraq, oğlum həbs edilməyib. O, hazırda evdədir" , - deyə İsfəndiyar Axundov qeyd edib.