DİN narkotik əleyhinə növbəti maarifləndirici çarx hazırlayıb - VİDEO

Cəmiyyət
11:43 / 20.04.2025
3298
Daxili İşlər Nazirliyi Mətbuat Xidməti tərəfindən narkotik vasitələrin insanın həyat və sağlamlığına vurduğu bərpası mümkün olmayan yaralardan bəhs edən yeni sosial çarx hazırlanıb.
Nazirliyin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, video materialda narkotik vasitələrdən istifadə edən şəxslərin təkcə özlərinə ziyan vermədiyi, həmçinin doğmalarının da həyatını necə məhv olunduğu öz əksini tapıb.